Moldova səfirinin oğlu Şuşada "Şən Azərbaycan"ı oxudu – Video

14:15 - 28 May 2026 - GÜNDƏM

 Moldova səfirinin oğlu Şuşada

Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun oğlu Slava Şuşada Polad Bülbüloğlunun məşhur "Şən Azərbaycan" mahnısını ifa edib.

BUTA.TV xəbər veirir ki, müvafiq paylaşımı Moldova səfiri Feysbuk sosial şəbəkəsində yerləşdirib.

İstedadlı gənc mahnını Şuşa qalasının fonunda Azərbaycan və rus dillərində ifa edib.

"Azərbaycan Respublikasını və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm! Oğlum bu mahnı ilə Azərbaycana olan hörmət və sevgisini ifadə edir", - diplomat videoya şərhində yazıb.

Bu xəbər hal-hazırda çox oxunur
Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar

Qeyd edək ki, Slava Esaulenko Azərbaycan cəmiyyətinin mədəni həyatında fəal iştirak edir.

O, Bakı şəhərinin 20 nömrəli orta məktəbinin şagirdidir, eyni zamanda 16 nömrəli Musiqi Məktəbində təhsil alır. Slava dəfələrlə müxtəlif mədəni tədbirlərdə çıxış edib və tanınmış Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol