Rumıniyada PUA yaşayış binasına belə çırpıldı - Yaralılar var-Video

10:09 - 29 May 2026 - GÜNDƏM

 Rumıniyada PUA yaşayış binasına belə çırpıldı - Yaralılar var-Video

Rumıniyanın şərqində yerləşən Qalats şəhərində yaşayış binasına çırpılan pilotsuz uçuş aparatı (PUA) partlayışa və yanğına səbəb olub.

BUTA.TV” xəbər verir ki, bu barədə “Mediafax” agentliyi məlumat yayıb.

Məlumata görə, dronun binaya çırpılması nəticəsində güclü partlayış dalğası yaranıb və dərhal mənzillərdən birində yanğın başlayıb. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alovun digər mənzillərə keçməsinin qarşısı alınıb və yanğın tamamilə söndürülüb.

Qeyd olunub ki, fövqəladə vəziyyətlə əlaqədar olaraq binadan təxminən 70 sakin təcili şəkildə təxliyə edilib və ərazi nəzarətə götürülüb.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda abortların sayı rekord həddə...

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol