İrandan narkotik gətirən TIR sürücüsü saxlanıldı – Anbaan video

12:33 - 29 May 2026 - KRİMİNAL

 İrandan narkotik gətirən TIR sürücüsü saxlanıldı – Anbaan video

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirən TIR sürücüsü saxlanılıb.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı 19 kiloqram narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Əməliyyat nəticəsində narkotiklərin qeyd edilən cinayət əməlində şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 47 yaşlı Emin Əhmədov saxlanılıb. Onun idarə etdiyi iritonnajlı yük maşınından 8 kiloqrama heroin və 3 kiloqramdan çox psixotrop maddə metamfetamin aşkarlanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda abortların sayı rekord həddə...

Araşdırmalarla müəyyən edilib ki, E.Əhmədov aşkar olunmuş narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib. Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən daha iki nəfər 44 yaşlı Ramil Həsənov və 38 yaşlı İlham Cümşüdoğlu saxlanılıblar. Onlardan ümumilikdə 8 kiloqrama yaxın aşkarlanıb. Bu şəxslər narkotikləri Bakı şəhəri və Abşeron rayonu ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır. Əməliyyat-profilaktik tədbirlər davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol