Bakıda avtomobil şinlərinin satışı anbarı bağlandı - Video

12:51 - 29 May 2026 - GÜNDƏM

 Bakıda avtomobil şinlərinin satışı anbarı bağlandı - Video

Bakıda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırılıb.

Bu barədə BUTA.TV-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tiflis prospekti, 1058-ci məhəllədə yerləşən avtomobil şinlərinin satışı anbarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

"Obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Tiflis prospekti, 1058-ci məhəllədə yerləşən avtomobil şinlərinin satışı anbarının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib",- deyə məlumatda qeyd edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda abortların sayı rekord həddə...


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol