Prezident İlham Əliyev Asəf Hacı oğlu Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.
“BUTA.TV” xəbər verir ki, dövlət başçısının Sərəncamına əsasən, A. Hacıyev Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və elmin inkişafındakı böyük xidmətlərinə görə bu yüksək mükafata layiq görülüb.
Xatırladaq ki, bu gün tanınmış alim və ictimai xadimin 75 yaşı tamam olur. O, Azərbaycan Milli Məclisinin I, II və III çağırış deputatı kimi uzunmüddətli parlament fəaliyyəti göstərib.
Görkəmli alim hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Baş katibi vəzifəsini icra edir.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır