Sabah Bakıya intensiv yağış yağacaq

13:15 - 29 May 2026 - GÜNDƏM

 Sabah Bakıya intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında mayın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% təşkil edəcək.

Bu xəbər hal-hazırda çox oxunur
Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, yağıntının bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-23° isti olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol