“İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi

16:19 - 29 May 2026 - CƏMİYYƏT

 “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi

Teleaparıcı Aytən Səfərova anası ilə birgə görüntüsünü paylaşıb.

BUTA.TV xəbər verir ki, aparıcı paylaşımına “Ana müqəddəsdir. Cənnət anaların ayaqları altındadır. Bəlkə də cənnət həm də onların yanında olmaqdır”, sözlərini yazıb. Aytən Səfərova bildirib ki, anası onu videoya çəkməyə çox nadir hallarda icazə verir.

“Nadir hallarda olur ki, anamı videoya çəkirəm. Özü istəmir. Qardaşımdan sonra anam hər il bir az da gerilədi. Ana, mən səninlə fəxr edirəm. Səni çox sevirəm, sən mənim başımın tacısan. Çox nadir hallarda videoya çəkilməyə icazə verir. Deyir ki, şagirdlərimdən utanıram, məni belə görməsinlər. Həmişə səliqəli olmuşam, onların xatirəsində də gözəl qalmaq istəmişəm. Mən anama borcluyam. Uzaq Sibirdə evdə bizə rus dilində danışmağa icazə vermirdi. Deyirdi ki, canınız çıxsın, öz doğma dilinizdə danışın. Ananın dili var, o dildə danışın. Onun başımın üstündə dayanması, tənbeh etməsi nəticəsində bugünkü Aytən olmuşam.

Axır vaxtlar çox zəifləyib, tez-tez tutmaları olur, yeriməyi də çətinləşib. Anaları qoruyun. Sonra zəng edərəm deyib onları unutmayın. İnsan yüz dəfə evlənib boşana bilər, amma valideyn insana bir dəfə verilir. Analarınızı sevin”, - deyə aparıcı göz yaşlarını saxlaya bilməyib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda abortların sayı rekord həddə...

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol