Ötən gün deputat Erkin Qədirli sensasion açıqlama verib. O, Azərbaycan demokratik seçkinin mövcud olmadığını bildirib.
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı Unikal.az-a açıqlama verib.
"Bu, kifayət qədər əsası olmayan, Azərbaycanda keçirilən seçkilərə böhtan atmaq xarakteri daşıyan açıqlamadır. Mən bunu qınayıram. Onun fikirlərini rədd edirəm, çünki bunun əsası yoxdur. Bu açıqlamanı böyük rəqabətlə və çətinliklə Milli Məclisin deputat mandatını qazanan millət vəkillərinə atılan böhtan kimi qiymətləndirirəm.
Məsələ Milli Məclisin rəhbərliyi tərəfindən araşdırılacaq. Əgər ehtiyac yaranarsa və bununla bağlı Milli Məclisin İntizam Komissiyasına müraciət olunarsa, komissiya bu məsələyə baxaraq öz qərarını qəbul edəcək", - deyə o qeyd edib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət