Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin vitse-prezidenti Fuat Oqtaya başsağlığı məktubu ünvanlayıb.
Bu barədə BUTA.TV-a Nazirlər Kabinetindən məlumat verilib.
Məktubda faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verilib, yaralananlara və xəsarət alanlara şəfa dilənib.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərin görüldüyü vurğulanıb.
- “Şevrolet”lə avtoşluq edən sürücü həbs olundu - Video
- Azərbaycanın ən təhsilli və ən təhsilsiz rayonları
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq