İsrailin xarici işlər naziri Eli Koen Türkiyəyə səfər edib.
BUTA.TV xəbər verir ki, nazir bu barədə Tvitter səhifəsində yazıb.
XİN başçısı qeyd edib ki, türk xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Türkiyəyə gəlib:
“Mən burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyəm və Türkiyənin başına gələn ağır fəlakətə görə İsrail xalqının başsağlığını çatdıracam”.
O əlavə edib ki, İsrail bu çətin zamanda Türkiyənin yanındadır və bundan sonra da humanitar yardım göstərməyə davam edəcək.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır