Azərbaycanda hava əsasən yağmursuz keçib, Bakıda külək güclənib, havanın temperaturu iqlim normasından yuxarı olub.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, cənub-qərb küləyi arabir Göyçay, İsmayıllı, Şamaxıda 20 m/s, Şəki, Qobustanda 19 m/s, Daşkəsən, Tərtərdə 18 m/s, Kəlvəzdə 15 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb, fevralın 19-u səhər saatlarından külək 13 m/s-dək mülayimləşib.
Havanın temperaturu Bakıda iqlim normasından 1.3° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14°-dək isti, Naxçıvanda 10°-dək isti, dağlıq rayonlarda 5°-dək isti, aran rayonlarında 15°-dək isti olub.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır