Azərbaycanda 16 Latviya şirkəti bizneslə məşğul olur.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev martın 8-də Azərbaycan və Latviyanın iş adamları ilə görüşündə deyib.
“Ötən il Latviya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb. Azərbaycan Latviyaya 166 milyon ABŞ dolları sərmayə qoyub”, - o bildirib.
İkitərəfli əməkdaşlığın imkanlarından danışan Y.Abdullayev Ələt Azad İqtisadi Zonasını xüsusilə qeyd edib:
“Latviya şirkətlərinin Vətən müharibəsi nəticəsində azad edilmiş Azərbaycan ərazilərinin bərpasında iştirakını görməyə şad olarıq”.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət