N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Bu barədə BUTA.TV-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, geomaqnit sahənin vəziyyəti son 3 sutka ərzində sakit-aktiv səviyyələr arasında olub. Hazırda isə Kp indeksi 2-ə bərabərdir.
Martın 9 –dan 11-dək C sinif alışmanın baş verməsi ehtimalı 95 faiz, M sinif 40 faiz, X sinif isə 10 faiz təşkil edir. Martın 11-də 3242 və 3245 oblastları səbəbli R1-R2 və R3 səviyyəli radiosiqnalların kəsilməsi gözlənilir.
2 MeV-dən çox enerjili elektron selinin bu gün pik səviyyədə olacağı sonra qismən zəifləyəcəyi, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı proqnozlaşdırılır.
Martın 6-da baş vermiş CME ilə əlaqədar yeni zərbə dalğaları olmazsa, kosmik havanın sakit olacağı, martın 11-də isə digər CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə bir qədər aktivləşəcəyi gözlənilir.
Proqnoz dövründə geomaqnit qasırğası gözlənilmir.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət