Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 19-da Qazaxıstanda keçiriləcək növbədənkənar parlament və yerli nümayəndəlik orqanlarına seçkiləri müşahidə etmək məqsədilə bu ölkəyə səfər edib.
Bu barədə BUTA.TV-a MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.
Qazaxıstan MSK-nın sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfər çərçivəsində M.Pənahovun Qazaxıstanlı həmkarı və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirməsi, ali seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması nəzərdə tutulur.
Qeyd edək ki, MSK təmsilçiləri, həmçinin Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin müşahidə missiyalarının tərkibində də sözügedən seçkilərin müşahidəsində iştirak edirlər.
MSK nümayəndələri səsvermə günü paytaxt və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət