Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan rəsmi açıqlama verib ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunda fərarilərin sayı 11 min nəfər olub.
BUTA.TV xəbər verir ki, bunu “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Nəzərə alsaq ki, məlum səbəblərə görə bu cür məlumatlar həmişə bilərəkdən aşağı qiymətləndirilir. Əslində fərarilərin həqiqi sayını əldə etmək üçün göstərilən rəqəm ən azı bir yarım dəfə artırılmalıdır.
2017-ci ildə dərc edilən məlumatlara görə, Ermənistan silahlı qüvvələrinin ümumi sayı 45 min nəfərə yaxın idi.
Belə ki, hətta Ermənistanın rəsmi məlumatlarına görə, İkinci Qarabağ müharibəsinin 44 günü ərzində hər dördüncü erməni əsgəri döyüş meydanından qaçıb”, - Korotçenko bildirib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət