Niderlandın paytaxtı Amsterdam şəhəri bahar mövsümündə səyahət etmək üçün dünyanın ən gözəl şəhəri adlandırılıb.
BUTA.TV xəbər verir ki, reytinqdə liderlik edən Amsterdam artıq bir neçə ildir ki, ifrat sayda turist axınına qarşı fəal kampaniya aparır.
Baharda dünyanın ən gözəl və ziyarət edilməli şəhərlərinin ilk onluğu aşağıdakı kimidir:
Amsterdam (Niderland), London (İngiltərə), Praqa (Çexiya), Pekin (Çin), Roma (İtaliya), Las-Veqas (ABŞ), Paris (Fransa), Vyana (Avstriya), Melburn (Avstraliya) və Los-Anceles (ABŞ).
Amsterdam siyahıda bahar fəslinə təsadüf edən çox sayda tədbir və bayramların sayəsində liderlik edir. Misal üçün, aprelin 27-si Kral günündə insanlar Kral Villem-Aleksandrın doğum gününü qeyd etmək üçün narıncı rəngdə paltar geyinərək gecə gec saatlaradək rəqs edirlər.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır