Ötən gün rus qoşunları Donetsk vilayətinin yaşayış məntəqələrinə növbəti dəfə hücum edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.
"Düşmən atəşi nəticəsində 6 nəfər həlak olub, daha 7 nəfər yaralanıb. Faktla bağlı müharibə qanunlarının pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1, 2-ci hissələri) üzrə cinayət işi üzrə ibtidai araşdırmalar başlayıb", - məlumatda qeyd olunub.
İstintaqın məlumatına görə, Rusiya hərbçiləri regionun şimalındakı yaşayış məntəqələrini raketlərdən, artilleriyadan və “Qrad” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət