Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Məlumata əsasən, tərəflər telefon danışığı zamanı Bakı ilə Tehran arasında ikitərəfli münasibətlərin inkişafı və bəzi regional məsələlərlə bağlı geniş müzakirələr aparıblar.
Bu səmimi və şəffaf söhbətlərdə mövcud problem və anlaşılmazlıqlar və mövcud vəziyyətdən çıxış yolları müzakirə edilib, fikir mübadiləsi aparılıb.
Bu zaman tərəflər mehriban qonşuluq və bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörməti vurğulayıblar.
Telefon danışığı zamanı İran XİN başçısı bildirib ki, region ölkələri arasında ixtilafların mövcudluğundan ancaq düşmənlər faydalanır.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət