Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Ermənistanda həbs edilən Azərbaycan Ordusunun iki hərbçisi ilə hələ də görüşməyiblər.
BUTA.TV xəbər verir ki, bunu BQXK-nin Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni deyib.
“BQXK nümayəndələri Ermənistan səlahiyyətliləri ilə dialoq mərhələsindədirlər, onların məqsədi dərhal görüş imkanıdır. Görüş hələ baş tutmayıb”, - deyə Amatuni bildirib.
Görüşün hansı səbəbdən gecikdirilməsi məlum deyil.
Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində itkin düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları Aqşin Qabil oğlu Bəbirov və Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüb. Dünən erməni sosial şəbəkə səhifələrində yayılmış videogörüntülərdə əsir götürülmüş Hüseyn Axundova işgəncə verildiyi əksini tapıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət