Maşın aşdı: Ata və ana yaralandı, azyaşlı övladları öldü

12:52 - 25 Aprel 2023 - GÜNDƏM

 Maşın aşdı: Ata və ana yaralandı, azyaşlı övladları öldü

Yevlax rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

BUTA.TV xəbər verir ki, qəza aeroport yolunda qeydə alınıb.

Belə ki, VAZ-21011 markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, sürücü və avtomobildə sərnişinlər - sürücünün həyat yoldaşı və övladı xəsarət alıblar.

Eyni zamanda sürücünün avtomobildə olan digər övladı - 2022-ci il təvəllüdlü A.Bəkirov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Bu xəbər hal-hazırda çox oxunur
Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol