Baxmut və Marinka uğrunda şiddətli döyüşlər davam edir. Ruslar hücum zamanı mərmi, xüsusən yandırıcı və fosforlu sursatlardan istifadə edirlər.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Ruslar əsas səylərini Liman, Baxmut, Avdeyev, Marinka istiqamətlərində cəmləşdirməkdə davam edir. Baxmut və Marinka şəhərləri uğrunda ağır döyüşlər gedir. Ümumilikdə, düşmən gün ərzində 39 dəfə hücum edib", - məlumatda deyilir.
Qeyd olunur ki, Rusiya ordusu bir neçə istiqamətə uğursuz hücum edib:
"Xüsusilə, gün ərzində işğalçılar Xromovoye, İvanovski, Çasovoy Yar və Stupoçek istiqamətində uğursuz hücum cəhdi ediblər".
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır