Rusiyada ən müasir və texnologiya dühasının zirvəsi hesab edilən iki silah var: “Xəncər” və “Sirkon”....
BUTA.TV xəbər verir ki, bu sözləri ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko deyib.
“Bunların birincisi “Xəncər” X-47 raketidir. Biz onun dünyada nə dərəcə “analoqsuz” və “düha” olduğunu görürük. Hərçənd Rusiya onu bu illər ərzində nə qədər reklam etsə də, çoxları onda üstün qabiliyyətlərin olmadığını bildirirlər. Bu, aviasiya daşıyıcısı ilə modernləşdirilmiş adi “İsgəndər” tipli ballistik raketdir.
Daha bir raket var – “Sirkon”, o, faktiki olaraq dəniz bazalıdır. Raketin 5 min kilometrə çatan böyük mənzili var. Lakin sona qədər sınaqdan keçməyib. “Sirkon”nun bir çox daxili problemləri də mövcuddur”, - deyə ekspert bildirib.
Qeyd edək ki, Ukrayna ilk dəfə olaraq "Xəncər" hipersəs raketini ötən həftə vurmağı bacarıb. Onun "Patriot"la vurulduğu bildirilir.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət