Bəziləri bir neçə ildir israrla iddia edirdilər ki, Paşinyan qərbyönümlüdür, ölkəsini Qərbə inteqrasiya etdirmək istəyir.
BUTA.TV xəbər verir ki, bu sözləri iqtisadşı ekspert Natiq Cəfərli Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvada keçirilən 9 May paradında iştirakı haqda qeyd edib.
O bildirib ki, Paşinyanın qərbyönlü siyasət həyata keçirdiyi haqda söylənilənlər mifdir:
“Bu gün Moskvada Putinin paradında yer alan Paşinyandır, Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən, ərazisində rəsmi Rusiya hərbi bazası olan, Kremlin başında durduğu KTMT, Gömrük və Avrasiya ittifaqlarında yer alan, iqtisadiyyatının 72% Rusiyadan asılı olan da Ermənistandır.
Digərləri də israrla Azərbaycanı Rusiyanın müttəfiqi kimi təqdim edərək, guya bundan siyasi xal qazanmağı düşünürdülər. Bu gün Putinin paradında biz yoxuq, Ukraynaya ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır, Kremlin başında durduğu heç bir qlobal layihədə yer almamışıq (MDB-dən başqa, o da formal qurumdur)”.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır