İstanbulda Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri, həmçinin BMT nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş başlayıb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Görüşdə "Taxıl sazişi"nin müddətinin uzadılması müzakirə olunur.
Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, ötən ilin noyabrında isə eyni müddətə uzadılıb. Taxıl müqaviləsinin müddəti mayın 18-də başa çatacaq.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır