Avropa Birliyi Cənubi Koreyaya silahların birbaşa Ukraynaya ötürülməsi üçün təzyiq edə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə "Euractiv" Avropa Birliyinin diplomatik dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Avropa Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula von der Leyenin bu ay Cənubi Koreyaya səfəri zamanı silahların tədarükü ilə bağlı çağırış edəcəyi gözlənilir.
Nəşr bildirib ki, sursat problemi Ukraynanın əks-hücum əməliyyatına hazırlığı fonunda daha da aktuallaşıb:
“Ukraynanın avropalı tərəfdaşları Cənubi Koreyanın hərbi yardım göstərəcəyini gözləyirlər, çünki müttəfiq ölkələrin fabriklərinin istehsalı artırması bir neçə ay çəkəcək və bazarda çoxlu sayda silahların olmaması vəziyyəti daha da çətinləşdirir".
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət