Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinə keçən ildən başlamışıq. Bu istiqamətdə müəyyən razılaşmalar əldə olunub.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyası Şurasının iclasında deyib.
O bildirib ki, hələ də həllini tapmayan məsələlər var.
A.Simonyanın sözlərinə görə, Ermənistanın əsas hədəfi regionda sülhün bərqərar olmasıdır:
“Davamlı sülhün, təhlükəsizliyin təmin olunması və regionun inkişafı yalnız açıq və konstruktiv dialoqla mümkündür”.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır