Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində baş verib.
Belə ki, "Toyota Prado" və VAZ-2106 markalı minik avtomobilləri toqquşub.
Hadisə zamanı rayon sakinləri, 1993-cü il təvəllüdlü Vasif Maarif oğlu Eminov və 2004-cü il təvəllüdlü Vüsal İlqar oğlu Mirzəliyev xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır