Rusiya Böyük Britaniyanın istənilən hökumət rəsmisini qanuni hərbi hədəf hesab edə bilər. Böyük Britaniya faktiki olaraq Rusiya ilə elan olunmamış müharibə aparır, Ukraynaya hərbi dəstək verir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“Bu gün Böyük Britaniya Ukraynanın müttəfiqi kimi çıxış edir, ona texnika və mütəxəssislər şəklində hərbi yardım göstərir, yəni faktiki olaraq Rusiyaya qarşı elan olunmamış müharibə aparır. Buna görə də Britaniyanın istənilən dövlət məmuru (həm hərbi, həm də müharibəyə töhfə verən mülki şəxslər) qanuni hərbi hədəf sayıla bilər”, - o bildirib.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır