Kaxovka SES-in rus işğalçıları tərəfindən dağıdılması kütləvi qırğın silahlarından istifadə kimi qiymətləndirilə bilər.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib.
Onun sözlərinə görə, Rusiya qəsdən hidroelektrik bəndi dağıdıb və Avropada ən böyük texnogen fəlakəti yaradıb:
"İnsanlar öz evlərini itiriblər. Təbiət və unikal ekosistemlər bərpaolunmaz şəkildə zədələnib. Xerson bölgəsində 20 minə yaxın ev elektriksiz qalıb, təmiz qida və suya çıxış məhduddur.
Bu, müharibə cinayətidir və Cenevrə Konvensiyasına uyğun olaraq, kütləvi qırğın silahlarından istifadə kimi təsnif edilə bilər”.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır