Əbu-Musa, Böyük Tunb və Kiçik Tunb adaları İranın ayrılmaz və daimi hissəsidir.
BUTA.TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Nasir Kənani Körfəz Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Toplantısının qəbul etdiyi bəyanata cavab olaraq deyib.
Kənaninin sözlərinə görə, İranın regional strategiyası və əsas siyasəti Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi, dərinləşdirilməsi və mehriban qonşuluq prinsipinin inkişafı ilə bağlıdır:
“Region ölkələri regionun maraqlarının inkişafında kollektiv məsuliyyət daşıyır və İran hər zaman dialoqu və əməkdaşlığı tərəfdaş kimi qiymətləndirir”.
Bir neçə gün öncə isə İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Əlirza Tanqsiri də ötən həftə verdiyi açıqlamasında Fars körfəzinin təhlükəsizliyini təmin etmək üçün transregional gücə ehtiyacın olmadığını bildirmişdi.
Qeyd edək ki, hazırda İranın nəzarət etdiyi Əbu-Musa, Böyük Tunb və Kiçik Tunb adaları uzun illərdir mübahisəli ərazi hesab olunur.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət