Baş Prokurorluğa yeni səlahiyyət verilib.
BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Hüquqi yardım haqqında ərizələrin təqdim olunması barədə” Avropa Sazişi üzrə əlaqələndirici orqanın, “Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında” Avropa Konvensiyası üzrə səlahiyyətli orqanın və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyası üzrə mərkəzi orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 754 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla 1983-cü il noyabrın 24-də Strastburq şəhərində imzalanmış "Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında" Avropa Konvensiyasının Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədilə mərkəzi orqan - Azərbaycan Respublikasının Baş Prokurorluğu müəyyən edilib.
Əvvəllər bu səlahiyyət Ədliyyə Nazirliyinə məxsus idi.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət