Rusiya ordusu cəbhə xəttində ciddi itkilər verir və bu, Ukraynada döyüşən Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin azalmasına səbəb olub.
BUTA.TV xəbər verir ki, bu sözləri “Vaqner” hərbi özəl təşkilatının rəhbəri Yevgeni Priqojin deyib.
“Hazırda cəbhədə çox ciddi itkilər var. Bölmələrdəki döyüşçülərin sayı azalır. Əvvəllər taqım 100-dən çox adamla tapşırıq yerinə yetirirdisə, indi bu say 50 və ya 60 nəfərdir. Şəxsi heyət azaldıqca, təbii ki, əsgər ölümləri də artır. İnsanlar səfərbər və hazır olmalıdır. Əks halda, müharibəni, insanların və ərazilərin itkisini dayandırmaq mümkün olmayacaq”, – Priqojin bildirib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət