Ermənistanın kosmosa göndərdiyi peykin ötürdüyü görüntülərdən hərbi məqsədlər üçün istifadə edilir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan erməni mediasına geniş müsahibəsində “Peyk vasitəsilə düşmənin hərəkətini izləmək, onların harada yerləşdiyini, nə qədər irəlilədiyini görmək mümkündürmü” sualına cavab olaraq deyib.
“Növbəti peyklərimizə gəlincə, əvvəldən başladığımız proqramın məqsədi bir yox, bir neçə peyk idi və bizim Ermənistanda həmin peyklərin yaradılması ilə bağlı işlər görmək niyyətimiz var. Ola bilsin ki, peyk tam şəkildə Ermənistanda hazırlanmayacaq, amma ən azı bir hissəsi, proqram təminatı və ya fiziki hissəsi Ermənistanda hazırlanacaq”, - o bildirib.
O, həmçinin, Ermənistanda hərbi sənaye yaradıldığını, PUA da daxil olmaqla, bir sıra hərbi məhsullar istehsal edildiyini, orduda da yerli məhsullardan istifadə olunduğunu vurğulayıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət