2023-cü ilin əvvəlindən Rusiyanı tərk edən demək olar ki, hər beşinci İT mütəxəssisi ölkəyə qayıdıb.
BUTA.TV xəbər verir ki, bu barədə “hh.ru” tədqiqat mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin iyun ayının sonunda “hh.ru” tədqiqat xidməti tərəfindən aparılan araşdırmaların təhlili göstərir ki, dərhal 19%, yəni 2023-cü ilin əvvəlindən gedən demək olar ki, hər beşinci İT mütəxəssisi ölkəyə qayıtdıqlarını və işini dəyişdirdiklərini bildiriblər.
Onların arasında Türkiyədən qayıdanlar üstünlük (25 faiz) təşkil edib. Həmçinin 23 faizlik kəsim Qazaxıstandan, daha 17 faizi Gürcüstan və Ermənistan, 13 faizi isə Serbiyadan Rusiyaya qayıdıb.
Bu siyahıda eyni zamanda Özbəkistan, Kipr, Qırğızıstan, Monteneqro, Tailand və Belarus da var.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır