İndi bütün dünya çətin sınaqlardan keçir ki, yalnız güclü xalqlar yaşaya bilər, zəiflər isə məhv olacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri şənbə günü Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Dövlət Qulluğu Milli Universitetinin hüquq-mühafizə orqanları əməkdaşlarının təlim keçəcəyi hüquq fakültəsinin açılış mərasimində çıxışı zamanı deyib.
“Biz elə bir dövrdə yaşayırıq ki, bütün dünyanın əsasları sarsılır. Biz istisna deyilik, çünki “zəlzələnin episentri” bizə yaxındır (Ukraynada). Macarıstanla qonşuluqda müharibə gedir və on, yüz minlərlə miqrant sərhədlərimizi mühasirəyə alır. Ona görə də ölkəmiz, hökumətimiz, ordumuz, hüquq-mühafizə orqanlarımız güclü olmalıdır. Elə vaxtlar olur ki, zəif xalqlar məhv olur, güclülər sağ qalaır. Ona görə də biz müdafiə xəttimizi və hüquq-mühafizə orqanlarımızı hər gün gücləndirməliyik”, - Orban bildirib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət