Abşeron rayonunun Digah qəsəbəsi ərazisində xəsarət alan şəxslərdən daha biri ölüb.
Bu barədə BUTA.TV-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 3-də Digah qəsəbəsi ərazisində 4 nəfər şəxsə kəsici alətlə xəsarət yetirilməsi, onlardan birinin aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Sərxan Həşimov şübhəli şəxs qismində tutulub.
Bu gün isə xəsarət alan şəxslərdən daha biri - Hicran Həşimov müalicə aldığı xəstəxanada ölüb.
Sərxan Həşimov Cinayət Məcəlləsinin 120.2.7 və 29, 120.2.7-ci maddələrilə (qəsdən iki şəxsi öldürmə və qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, ötən gün Zümrüd Haşımova da aldığı xəsarətlər nəticəsində müalicə aldığı xəstəxanada ölüb
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət