Özbəkistanda bu gün baş tutan növbədənkənar prezident seçkilərində yerli vaxtla saat 13:00-a (Bakı vaxtı ilə 12:00) olan məlumata görə, seçicilərin artıq 52,16% səs verib.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin MSK-nın sədri Bəhram Kuşkarov məlumat yayıb.
“Ümumilikdə saat 13:00-dək 10 milyon 052 minə yaxın seçici və ya seçicilərin 52,16%-i səs verib. Özbəkistanda seçkilərin baş tutması üçün seçicilərin iştirak həddi 33%-dir və bu hədd təxminən üç saatlıq səsvermə zamanı keçilib”, - o bildirib.
Kuçkarov qeyd edib ki, indiyə qədər MSK-ya 82 şikayət və müraciət daxil olub. Onların hamısı yoxlanılacaq.
Xatırladaq ki, seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanacaq.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır