Ukraynanın hissə-hissə NATO-ya qəbulu istisna deyil. Təbii ki, bütün bu proseslər mürəkkəbdir və sonda hər şey Ukraynanın qərarlarından asılıdır, lakin hər halda, bu, mümkünsüz deyil.
BUTA.TV xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.
Yalnız Qərbi Ukraynanın NATO-ya daxil olması sualına gəlincə, o bildirib ki, bu, mümkündür:
"Və bu, bütün Avropaya sabitləşdirici təsir göstərə bilər. Qərbi Almaniyanın 1955-ci ildə NATO-ya daxil olmasını xatırlayın. Bir çox fərqlər var, amma paralellər də mümkündür. Məsələn, NATO müqaviləsinin 5-ci maddəsi üzrə yardım öhdəlikləri yalnız Ukrayna ərazisinin Kiyev hökumətinin hazırda de-fakto yurisdiksiyasından istifadə etdiyi ərazilərə hücum ediləcəyi təqdirdə yerinə yetiriləcək. Hazırda Ukraynanın NATO-ya daxil olması üçün mümkün variantların müzakirəsi gedir".
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət