İnşallah mən də oyuna gedirəm.
BUTA.TV xəbər verir ki, bunu Reporta açıqlamasında Albaniyanın "Eqnatiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Ermənistanın "Ararat" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
28 yaşlı hücumameyilli yarımmüdafiəçi Ermənistandakı qarşılaşma üçün ona da bilet alındığını söyləyib:
"Menecer dedi ki, biletin alınıb, gedirsən".
Qeyd edək ki, Vüsal İsgəndərli "Eqnatiya" ilə 3 illik müqavilə imzalayıb. Albaniya klubu "Ararat"a qarşı ilk matçını iyulun 13-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra evdə keçirəcək.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət