Uzun illərdən sonra işğaldan azad olunan və qısa müddətdə yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndində nişan mərasimi keçirilib.
BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, 30 ildən sonra Ağalıdakı ilk nişan mərasimi Məmmədovlar ailəsinə nəsib olub.
Sumqayıt şəhərindən olan Dünyamalıyevlər ailəsi el adəti ilə Ağalıya, Məmmədovlar ailəsinə elçi gəliblər. Beləliklə, valideynlərin də xeyir-duasını alan Rüfət və Arzu üçün nişan mərasimi qurulub və yeni ailənin təməli qoyulub.
Qeyd edək ki, nişan mərasimi Ağalı kəndinin mərkəzində yerləşən şənlik evində keçirilib. İki gəncin sevincli günündə ailələri ilə bərabər, Şərqi Zəngəzur İqtisadi Rayonu üzrə Xüsusi Nümayəndəliyin əməkdaşları, kənd sakinləri də iştirak ediblər.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət