İyulun 14-də Daxili İşlər Nazirliyində Polis Akademiyasını əyani bitirən məzunlar polis orqanlarında orta rəis heyəti vəzifələrinə püşkatma yolu ilə təyin olunublar.
BUTA.TV xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tədbirdə gəncləri zabit rütbələrinə layiq görülmələri münasibətilə təbrik edib, təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini vurğulayıb.
Püşkatma yolu keçirilən təyinatlarda 43 məzun Bakı şəhərinin ərazi polis orqanlarına, Akademiyanı fərqlənmə diplomu ilə bitirən 4 məzun isə Nazirliyin aparatında müxtəlif vəzifələrə təyin edilib.
Daxili işlər naziri V.Eyvazov gənc zabitlərə xidməti intizam qaydalarına mütləq qaydada riayət etmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ yanaşmalarını, onlarla ünsiyyətdə yüksək mədəniyyətli və təmkinli olmalarını tövsiyə edib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət