Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun başlamasından beş həftə sonra məlum olub ki, hücum ləngiyir. Bunun səbəbi isə piyada əleyhinə minalardır.
BUTA.TV xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.
"Orduya həm də hava dəstəyinin olmaması və ruslar tərəfindən qurulmuş dərin müdafiə strukturları şəbəkəsi mane olur. Lakin Ukrayna qüvvələrinin başladıqları yerdən bir neçə kilometr aralıda dayanmasına əsl səbəb çoxlu sayda minalar, keçid naqilləri, tələlər və əldəqayırma partlayıcı qurğulardır", - məlumatda deyilir.
Qeyd olunur ki, minalar çoxdan Rusiya müharibələrinin əsaslarından biri olub: onlar Əfqanıstanda, Çeçenistanda və 2014-cü ildən Ukraynada hərbi əməliyyatların ilkin mərhələlərində geniş istifadə olunub.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət