Salyanda baş verən yol qəzasında ölən və yaralananlar var.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mersedes” markalı avtomobil digər iki avtomobillə toqquşub. Qəza nəticəsində hələlik kimliyi bəlli olmayan bir nəfər hadisə yerində ölüb.
1974-cü il təvəllüdlü Nəsirova Yaqut Gülbala qızı, 1964-cü il təvəllüdlü Əliyev Şahin Mirzəbala oğlu, 1995-ci il təvəllüdlü Musazadə Amil Tapdıq oğlu və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır