İranda tanınmış müəllim, tərcüməçi və ictimai fəal olan Anişa Əsədullahi 5 il 8 aylıq həbs cəzasını çəkmək üçün Evin həbsxanasının ümumi palatasına köçürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə onun qardaşı Əli Əsədullahi məlumat yayıb.
“34 yaşlı Anişa 40 yaşında azadlığa çıxmaq üçün həbsxanaya yollandı”, - qardaşı yazıb.
Xatırladaq ki, Anişa Əsədullahi 2022-ci il mayın 9-da həyat yoldaşı, İran Yazıçılar Birliyinin üzvü, yazıçı və ictimai fəal Keyvan Möhtədi ilə birlikdə özlərinin şəxsi mənzillərində həbs olunublar. O, Fransanın sinfi təşkilatlarının birinin nümayəndələri ilə görüşdüyü üçün həbs edilərək uzun müddət təhlükəsizlik təcridxanasında dindirilib.
Anişa Əsədullahi bundan öncə də fəhlələrin etiraz mitinqlərinə qatıldığı, onların problemlərini ictimailəşdirdiyi üçün dəfələrlə saxlanıb və bir il müddətinə azadlıqdan məhrum edilib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət