Rusiyanın Nigerdəki dövlət çevrilişi ilə bağlı heç bir əlaqəsi yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Boqdanov deyib.
“Bunun Rusiya ilə heç bir əlaqəsi yoxdur. Biz heç vaxt daxili işlərə qarışmırıq. Təəssüf ki, bu, Afrika ölkələrində ilk dəfə baş vermir. Mən qorxuram ki, sonuncu da olmayacaq”, - Boqdanov bildirib.
Qeyd edək ki, Niger Prezident Qvardiyası çevriliş həyata keçirib, ölkə Prezidenti Məhəmməd Bazumun vəzifədən uzaqlaşdırıldığını elan edib. Ötən gün isə Prezident Qvardiyasının rəhbəri general Əbdürəhman Çiani özünü “Vətənin Müdafiəsi üzrə Milli Şuranın prezidenti” elan edib.
Məhəmməd Bazumun qərbpərəst olduğunu bildirən politoloqlar çevrilişin arxasında Rusiyanın dayandığını iddiasını irəli sürürlər.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət