Danimarka hakimiyyəti müəyyən dinləri və ya digər dövlətlərdən olan dindarların təhqir edilməsinə səbəb ola biləcək ictimai tədbirlərin keçirilməsinə məhdudiyyətlər tətbiq etmək imkanını nəzərdən keçirməyə hazırlaşır.
BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, dəyişikliklər krallığın ifadə azadlığını qoruyan konstitusiyasına zidd olmamalıdır:
"Danimarka hökuməti, məsələn, digər ölkələrin, mədəniyyətlərin, dinlərin təhqir olunduğu və bunun Danimarka üçün ən azı təhlükəsizlik baxımından ciddi mənfi nəticələrə səbəb ola biləcəyi xüsusi vəziyyətlərə müdaxilə imkanlarını araşdıracaq"-, məlumatda deyilir.
Qeyd edək ki, digər ölkələrdə rezonans doğuran sonuncu aksiya iyulun 24-də yerli polisin icazəsi ilə Kopenhagendə Quranın yandırılması olub.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır