Ehtimal ki, ukraynalı hərbçilər yayın sonuna, hətta Milad bayramına qədər Krımı azad edə bilməyəcəklər. Bunun üçün Müdafiə Qüvvələrinin yetərli silahı yoxdur.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznev deyib.
“Hazırda Ukrayna cəmiyyətində Krımın işğaldan azad edilməsi mövzusu çox gündəmdədir. Bu ilin mayında general Budanov və Ben Hocesin açıqlamaları dəfələrlə müzakirə olunub. Onlar avqustun sonuna qədər Ukrayna Silahlı Qüvvələrinin Krıma daxil olacağını bildiriblər. Ancaq vəziyyətə baxsaq, çətin ki, bu baş tutsun”, - Seleznev bildirib.
Seleznev qeyd edib ki, Krımın işğaldan azad edilməsi üçün Ukraynaya uzaqmənzilli raketlər, eləcə də müasir döyüş təyyarələri lazımdır:
“Ukrayna müdafiəçiləri bu vasitələrdən istifadə illə Kerç körpüsünü, sonra isə Rusiyanın digər hərbi obyektlərini dağıda bilərlər”.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır