Ukraynanın müdafiə naziri Aleksey Reznikov Kiyevin Britaniyadakı səfiri təyin oluna bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna parlamentinin Avropa Həmrəyliyi Partiyasından olan deputatı Aleksey Qonçarenko məlumat verib.
Onun sözlərinə görə, Prezident Ofisi artıq britaniyalılarla məsləhətləşib və onlar Reznikovun namizədliyini müsbət qarşılayıblar.
Qonçarenko bildirib ki, Reznikovun vəzifədən uzaqlaşdırılması barədə Prezident Ofisində çoxdan söhbət gedir. Buna səbəb isə Müdafiə Nazirliyinin ordu üçün ərzaqları şişirdilmiş qiymətə alması ilə bağlı məlumatın ortaya çıxması olub.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır