Ədliyyə Nazirliyi deputat Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını qeydiyyata almayıb.
BUTA.TV xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib.
Q.Həsənquliyev vurğulayıb ki, partiyanın təqdim etdiyi siyahılarda çatışmazlıqlar aşkarlanıb:
"Ədliyyə Nazirliyinin təqdim etdiyi nöqsanlar araşdırılacaq, onlar həqiqəti əks etdirirsə, tərəfimizdən qanunla müəyyən olunmuş müddətdə ardan qaldırılacaqdır".
Qeyd edək ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. 27 siyasi partiya üzvlərinin siyahısı Ədliyyə Nazirliyinə təqdim olunub. Nöqsanlar aşkar olunmuş partiyalara çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.
Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, Ağ Partiya, AMİP, Azadlıq, Ümid Partiyaları, Ədalət, AXP, MCP də var. Hazırda qeydiyyatdan keçən yeganə partiya YAP-dır.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır