Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Sibiroba kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə hallar Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən meşə massivinə yaxın ərazidə məişət tullantıları, qamışlıq və kol-kosun yandığı, alovun meşə ərazisinə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
FHN qüvvələrinin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək meşə zolağına keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təxminən 500m² sahədə məişət tullantıları, 3 ha sahədə kol-kos və 7 ha sahədə qamışlıq yanıb, yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət